Bakıda şadlıq sarayında CİNAYƏT

Bakıda şadlıq sarayından oğurluq edilib.

Publika.az xəbər verir ki, Babək prospektində yerləşən "Arzu" şadlıq sarayında toy məclisində iştirak edən Süleymanov Qeysər Vəli oğlunun telefonu oğurlanıb. O, əyləşdiyi masanı tərk etdikdən bir neçə dəqiqə sonra geri qayıdarkən stolun üstünə qoyduğu bahalı telefonun götürüldüyünü görüb.

Q.Süleymanovun müraciəti əsasında 37-ci Polis Şöbəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31