Ölmüş şəxslərin pensiyasını alan 46 nəfər həbs edildi - FIRILDAQÇILIQ
24 Noyabr 2018 09:24 Sosialİspaniya polisi 6 milyon avroya yaxın fırıldaqçılığın üstünü açıb və ölmüş şəxslərin adına pensiya alan onlarla şəxsi həbs edib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə polisin mətbuat üçün açıqlamasında bildirilir.
Qeyd edilir ki, ölkənin 10 muxtar vilayətində 53 cinayət faktı - saxta sənədlərin hazırlanması, maliyyə vəsaitlərinin qanunsuz mənimsənilməsi üzrə 46 nəfər saxlanılıb. Şübhəlilərin əksəriyyəti ölmüş təqaüdçülərin ailə üzvləri, həmçinin dostları, yaxınlarıdır.
Polis bildirib ki, saxlanılanlar pulları almaq üçün pensionerlərin ölümü faktlarını gizlədiblər və onların yaşaması haqda saxta arayış hazırlayıblar.
Şübhəlilərdən biri özünü 90 yaşlı qoca kimi qələmə verərək, 20 ilə yaxın müddətdə qanunsuz pensiya alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31