Badamdar təhlükədə: iri qaya parçası qopdu və…
24 Noyabr 2018 05:22 SosialBadamdar sürüşmə sahəsində iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Minval.İnfo-ya bildirilib ki, Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir. Monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır:
"Son günlər yağan yağış nəticəsində sürüşmənin yuxarı hissəsində asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib. Sürüşmənin alt hissəsində isə yeni çatlar qeydə alınıb. Monitorinqlər davam etdirilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31