Firdovsiyyə Əhmədova ilə görüş
Azərbaycan Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində görkəmli tarixçi-alim, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Tarix kafedrası”nın müdiri Firdovsiyyə Əhmədova ilə görüş keçirilib.
23 Noyabr 2018 16:36 SosialAzərbaycan Bəstəkarlar İttifaqında "Müasirlərlə dialoq" layihəsi çərçivəsində görkəmli tarixçi-alim, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının "Tarix kafedrası"nın müdiri Firdovsiyyə Əhmədova ilə görüş keçirilib.
Görüş dahi bəstəkarımız Üzeyir Hacıbəylinin vəfatının 70-ci ildönümünə həsr olunan "Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində Üzeyir Hacıbəylinin rolu" mövzusunda təşkil edilib.
Tədbiri Bəstəkarlar İttifaqının sədri, professor, Xalq artisti Firəngiz Əlizadə açaraq layihə çərçivəsində respublikanın tanınmış şəxsiyyətləri, görkəmli elm və mədəniyyət xadimləri ilə görüşlərin keçirildiyini vurğulayıb. Daha sonra Üzeyir bəyin musiqi dünyasından, zəngin yaradıcılığından söhbət açan F.Əlizadə bildirib ki, dahi bəstəkar həm də ictimai, publisist kimi fəaliyyət göstərib. Bu baxımdan onun Cümhuriyyət dövründəki xidmətləri mühüm əhəmiyyət kəsb edir.
Tarixçi-alim Firdovsiyyə Əhmədova bir xalqın dünyaya tanıdılmasında onun mədəniyyətinin mühüm rol oynadığını söyləyib.