Yeni jurnal dərc olunacaq

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər” jurnalının ilk buraxılışının 2019-cu ildə çap olunması nəzərdə tutulur.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər" jurnalının ilk buraxılışının 2019-cu ildə çap olunması nəzərdə tutulur.

Olaylar.az bildirir ki, jurnalda çap olunacaq məqalələrə dair tələblər: kitabxana-informasiya elmi, kitabxana-informasiya elminin tətbiqi sahələri, eləcə də tarix, ədəbiyyat, incəsənət, türkologiya və dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr çap ediləcək. Jurnalın xüsusi buraxılışları xüsusi tarixlərə və ölkə miqyaslı hadisələrə həsr olunacaq.

Məqalələrin təqdim edilməsinə dair texniki tələblər: müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi vəzifəsi, elmi adı, iş yeri, Azərbaycan, ingilis və rus dillərində xülasə və açar sözlər, ədəbiyyat siyahısı daxil olmaqla 1500-4500 söz həcmində, "Arial" şrifti ilə, "12" ölçüdə, sətirarası interval "1,0" ölçü, mətndaxili abzas 1 sm olmaqla təqdim edilməlidir.

Jurnalın redaksiya heyəti yerli və xarici kitabxana-informasiya mütəxəssislərindən formalaşdırılıb.

Yeni buraxılışın 1-ci sayı üçün məqalələr 10 dekabr 2018-ci il tarixinə qədər [email protected], [email protected] və[email protected] elektron ünvanlarından birinə göndərilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31