Xankəndidən Bakıya gələn SON QATAR: 100 azərbaycanlını xilas etdi və...
23 Noyabr 2018 14:43 SosialÖtən il Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən bloger Stanislav Qorbunov müharibə zamanı ermənilərin dağıtdığı və hələ də xarabalıqlar içində olan Xankəndinin dəmiryol vağzalının görüntülərini yayıb.
Bloger vağzalın dağılmış vəziyyətdə olduğunu yazıb.
"1991-ci ildə Xankəndindəki son 100 azərbaycanlı aclıqdan və bombardmandan xilas olmaq üçün məhz bu vağzalla Bakıya qaçıblar. O, Xankəndindən Bakıya gedən son qatar olub. Onda azərbaycanlılar bilmirdilər ki, artıq geri qayıda bilməyəcəklər. Vağzal əsl kabus kimi görünür", - deyə bloger qeyd edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31