Direktorların işə qəbulu üzrə imtahanlarda 757 namizəd iştirak edib

2018-2019-cu tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi davam edir. İmtahan mərhələsində indiyədək 757 namizəd iştirak edib.

2018-2019-cu tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi davam edir. İmtahan mərhələsində indiyədək 757 namizəd iştirak edib. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, namizədlər arasında Bakı şəhəri 117 nömrəli tam orta məktəbin tarix müəllimi Samir  Əzimov 49 bal toplayaraq ən yüksək nəticəni  əldə edib.

Qeyd edək ki, bu mərhələdə 1600-dən artıq namizədin iştirakı nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31