Nazir Göyçayda vətəndaşlarla görüşüb
Gənclər və idman naziri Azad Rəhimov Göyçay rayonunda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 30 nəfərə yaxın vətəndaş iştirak edib.
23 Noyabr 2018 14:08 SosialGənclər və idman naziri Azad Rəhimov Göyçay rayonunda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 30 nəfərə yaxın vətəndaş iştirak edib.
Müraciətlər gənclər , idman və digər sahələr ilə bağlı olub. Yeni "Gənclər evi"nin, Olimpiya İdman Komplekslərinin, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, gənclərin asüdə vaxtının səmərəli təşkili məqsədi ilə düşərgələrin sayının artırılması, gənclərin beynəlxalq layihələrdə iştirakına dəstək göstərilməsi, eləcə də, bir sıra idman qurğularının yeni avadanlıqlarla təmin edilməsi, fəxri adların verilməsi, iş və digər mövzular müraciətlər sırasında olub.
Müraciətlərin bir qismi yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyatı üzrə göndərilməsi üçün qeydə alınmışdır. Digər bir qismi isə baxılması üçün icraya yönəldilib.