“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək
Məktəblilər arasında “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini artırmaq, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdən ibarətdir.
23 Noyabr 2018 14:03 SosialMəktəblilər arasında "Ədəbiyyat biliciləri" müsabiqəsi keçiriləcək. "OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini artırmaq, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdən ibarətdir.
Təhsil nazirinin əmrinə əsasən keçirilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında təşkil olunacaq.
Müsabiqənin məktəb mərhələsinin noyabr-dekabr, rayon (şəhər) mərhələsinin yanvar-fevral, ölkə mərhələsinin isə mart-aprel aylarında keçirilməsi nəzərdə tutulur. Müsabiqənin rayon (şəhər) mərhələsində tapşırıqların icrasına 3 saat vaxt ayrılacaq. Cavablar müvafiq meyarlar əsasında qiymətləndiriləcək.
Müsabiqənin yekun turu Bakı şəhərində təşkil olunacaq. Finalda müsabiqə iştirakçıları 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və sorğu vərəqində onlara təqdim olunmuş 10 sualı yazılı cavablandırmalıdırlar.