Mübariz Qurbanlı İmişlidə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
23 Noyabr 2018 12:00 SosialAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. "OLAYLAR" xəbər verir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 27-də İmişli şəhərində Sabirabad, Saatlı,
İmişli, Beyləqan və Xocavənd rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul saat 11:00-da İmişli rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi
üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.