Bakının bu hissəsində 2 gün işıq olmayacaq

Masazırda elektrik enerjisinin verilişində fasilələr olacaq.

"Azərişıq" ASC-dən  verilən məlumata görə, Xırdalan ETSİ-nin xidməti ərazisinə daxil olan Masazır qəsəbəsində yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədar 23-24 noyabr 2018-ci il tarixlərində günün müəyyən saatlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31