Ana körpəsini 3-cü mərtəbədən atdı
22 Noyabr 2018 22:43 SosialABŞ-ın Texas ştatında yaşayış binasının üçüncü mərtəbəsində baş verən yanğın orada yaşayan ananı çıxılmaz vəziyyətə salıb.
Teleqraf.com xəbər verir ki, ana övladının həyatını qurtarmaq üçün onu pəncərədən atmaq qərarını verib.
Xöşbəxtlikdən azyaşlı aşağıda açılmış təhlükəsizlik yastığına düşüb. Balaca heç bir xəsarət almadan yanğından xilas olub.
Yanğınsöndürənlər ananı və binada olan digər insanları xilas edə biliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31