İlahiyyat İnstitutunun tələbələri isveçrəli alimlə görüşüb
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Dinlərin akademik tədqiqi: fənlərin müqayisəli təhlili” mövzusunda seminar keçirilib. “OLAYLAR”-a təhsil ocağından bildirilib ki, Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, İnstitutda ənənə halını almış müxtəlif mövzularda keçirilən seminarların, “dəyirmi masa”ların maarifləndirmə məqsədi daşıdığını və bu görüşlərin cəmiyyətdə maraqla qarşılandığını bildirib. A.Şirinov isveçrəli alimi tədbir iştirakçılarına təqdim etdikdən sonra, dinin akademik tədqiqinin həm Şərqdə, həm də Qərbdə hər zaman aktual olduğunu bildirib.
22 Noyabr 2018 12:10 SosialAzərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "Dinlərin akademik tədqiqi: fənlərin müqayisəli təhlili" mövzusunda seminar keçirilib. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, İnstitutda ənənə halını almış müxtəlif mövzularda keçirilən seminarların, "dəyirmi masa"ların maarifləndirmə məqsədi daşıdığını və bu görüşlərin cəmiyyətdə maraqla qarşılandığını bildirib. A.Şirinov isveçrəli alimi tədbir iştirakçılarına təqdim etdikdən sonra, dinin akademik tədqiqinin həm Şərqdə, həm də Qərbdə hər zaman aktual olduğunu bildirib.
İsveçrənin Friburq Universitetinin İctimai elmlər və dinlərin tədqiqi şöbəsinin Baş müəllimi, dosent Ansqar Jodik "Dinlərin akademik tədqiqi: fənlərin müqayisəli təhlili" mövzusunda məruzə ilə çıxış edib. Aİİ-nin bölgədə dinlərin tədqiqinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edən alim Qafqazda belə bir İnstitutun yaradılmasının xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. A.Jodik məruzəsində dini tədqiqatlar haqqında dolğun məlumat verərək, sözügedən sahənin müxtəlif dillərdə fərqli formalarda adlandırıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Dinlərin müqayisəli təhlilindən danışan alim bu tədqiqatlara hansı baxış bucağından nəzər yetirildiyinin əhəmiyyətini bildirərək, o cümlədən bu faktora yanaşma yollarından da bəhs edib.