Azərbaycanlı aparıcıdan şok müsahibə: “İstərdim ki, evli kişi məni sevsin” - Video

"Lider maqazin" verilişinin aparıcısı Türkan Heydərova Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Bəlkə də elə tamaşaçılar var ki, sizin aparıcılıqdan öncə müğənni kimi fəaliyyət göstərməyinizdən xəbərsizdir...

- Müğənnilikdən çox özümü aparıcı kimi təsdiqləyə bildim. Məni müğənni kimi çox adam tanımadı. Aparıcı kimi tanıyanlar isə çox oldu.

- Yolunuzu kəsənlər oldumu?

- Allah açan yolu heç kim kəsə bilməz. Amma zaman-zaman mənim də yoluma daş qoyanlar olub. Ürək bulandırdılar. Amma hər zaman olduğu kimi sudan quru çıxdım.

- Aparıcılıqla birgə müğənniliyi davam etdirmək çətin deyil ki?

- Əslində həyatda asan heç nə yoxdur. Aparıcılıqla yanaşı ifaçılıq fəaliyyətimi də davam etdirirəm. Meyxanaçı Vüqar Abdulovla duet oxudum, amma o mahnı sevilmədi. İndi başqa meyxanaçı ilə işbirliyi qurmaq niyyətindəyəm.

- İndi müğənni, yoxsa aparıcı olmaq asandır?

- Hər ikisi çətindir. Hazırda musiqimiz korlanıb. İndi gündəmə gəlmək asandı, yaddaşda qalmaq çətin. İndi hamı gündəmdə qalmaq üçün çalışır.

- Bəs siz gündəm üçün nə edirsiz?

- Çalışıram. Amma nə qədər bacardığımı tamaşaçılar deyə bilər. Mən üzərimdə daim işləyirəm. Müəllim yanına gedirəm. Estrada üzrə təhsil almışam. Yəni bu sənət aləmində təsadüfi adam deyiləm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31