Eldar Əzizov məmuru cəzalandırdı
22 Noyabr 2018 10:03 SosialBakı Şəhər İcra Hakimiyyəti əməkdaşları tərəfindən paytaxtda yaşıllıqların vəziyyətinin yoxlanılması ilə bağlı keçirdikləri baxışlar zamanı bir sira nöqsanlar, o cümlədən parklarda yaşıllıqlara zəif qulluq göstərilməsi aşkar olunub.
Bununla əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işində yol verdiyi ciddi nöqsanlara görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova son xəbərdarlıqla şiddətli töhmət verilib./report/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31