Soyuqdəymədən bu üsullarla qurtulun

Soyuq aylar gələn kimi qrip xəstəliyinə tutulanların sayı da artır.

Qrip və soyuqdəyməni yüngülləşdirən məsləhətləri təqdim edirik:

İlıq şorba - qrip olduqda hər gün bir kasa ilıq şorba için. Antiseptik xüsusiyyətləri sayəsində şorba boğaz ağrıları və qrip əlamətlərini azaldır.

Portağal suyu - hər gün bir stəkan portağal suyu içmək soyuqdəymə və qrip riskini azaltmaq üçün ən əlverişli üsuldur.

Evkalipt - antiseptik xüsusiyyətləri sayəsində evkalipt öskürəyi sakitləşdirir, hətta, bronxitlə mübarizədə kömək edir.

Bal və limon siropu - 2 stəkan limon suyu və 7 qaşıq balı qarışdırın. 1 saat bişirib soyumasını gözləyin. İlk gün hər saatdan bir 2 yemək qaşığı, iki gündən sonra 3 saatdan bir 1 qaşıq yeyin.

Bol maye qəbulu - çay, kompot, mineral suların qəbul edilməsi hərarət zamanı çox vacibdir. Qrip olan zaman insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf edə bilər. Xəstə gün ərzində 2 litrdən az olmayaraq maye qəbul etməlidir.

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31