Qanunsuz ov edənlər saxlanıblar
15 Noyabr 2018 18:24 SosialQanunsuz ov hallarına qarşı tədbirlər davam etdirilir. DİN-dən "Olaylar"a verilən məlumata görə, polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə respublikanın şəhər və rayonlarında mütəmadi tədbirlər həyata keçirilir. Noyabrın 14-də Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Aşağı Cürəli kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri Nemət Xanışov, Ramin Vahabov və onun qardaşı Sadiq saxlanılıblar. Onlardan "TOZ", "İJ" və "MR" markalı 3 ədəd ov tüfəngi, 22 ədəd patron, 7 ədəd giliz və 5 ədəd ovlanmış quş götürülüüb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31