Fiziki imkanları məhdud şəxslərin rahat hərəkəti üçün problem yaradılır
15 Noyabr 2018 17:16 SosialHüseyn Cavid prospektində fiziki imkanları məhdud şəxslərin rahat hərəkəti üçün təşkil edilən pandusun qaraşısında drenaj sisteminin dəmir barmaqlığı bizə məlum olmayan səbəbdən çıxarılıb. "OLAYLAR" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat yayıb. Bildirib ki, məsələ ilə bağlı müvafiq qurumlara məlumat verilib: "Lakin təəssüf doğuran məqam odur ki, bu cür hallarla tez-tez rastlaşırıq. Və hər dəfə bunu edənə nə ad vermək olar deyə düşünürəm amma cavab tapa bilmirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31