Uşaqlar arasında bu xəstəlik yayılıb - Xəbərdarlıq
15 Noyabr 2018 14:01 SosialSon vaxtlar uşaqlar arasında qızılca yayılıb.
Bu barədə tanınmış pediatr Vaqif Qarayev qeyd edib. O bildirib ki, bu xəstəlik soyuqdəymə əlamətləri ilə başlayır:
"Soyuqdəymədir" deyib keçməyin. Çünki qızılca da soyuqdəymə əlamətləri ilə başlayır. Yəni yüksək hərarət, zökəm, öskürək, konyunktivit və digər bu kimi əlamətlər. Bir neçə gündən sonra isə səpkilər əmələ gəlir. Ona görə başlanğıc əlamətlər müşahidə olunduğu andan uşaqlar məktəbə, bağçaya getməməlidir. Diaqnozun vaxtında qoyulması üçün mütləq həkimə göstərilməlidir. Peyvəndsiz uşaqlarla isə daha ehtiyatlı olmalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31