Təhsil müəssisələrində “Eko-təqdimatlar” keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində "Eko-təqdimatlar" layihəsinə start verilib. "OLAYLAR"-a Təhsil İdarəsindən bildirilib ki, layihənin əsas məqsədi şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitə həssas münasibətinin formalaşdırılması, milli sərvətlərimiz və digər aktual ekoloji mövzular üzrə məlumatlandırılmasından ibarətdir.

BŞTİ və SOCAR-ın Ekologiya İdarəsinin birgə əməkdaşlığı ilə təşkil olunan müxtəlif aktual ekoloji mühazirələrə müvafiq istiqamətlər üzrə tədqiqatlar aparan ekoloqlar və ekspertlər dəvət olunurlar.

Layihə çərçivəsində ümumi təhsil müəssisələrində "Yaşıl davranış", "Ekoloji monitorinq nədir?", "Nə edək?", "Alternativ və bərpa olunan enerjinin istifadəsi", "Azərbaycanın biomüxtəlifliyi" ,"Sağlam həyat tərzi", "Səs-küy çirklənməsi", "Tullantıların idarəolunması" və digər mövzularda maarifləndirici təqdimatlar keçirilir.

Qeyd edək ki, təqdimatların tədris ilinin sonunadək paytaxtdakı ümumi təhsil məktəblərində reallaşdırılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31