Məktəblərdə payız tətili başlayır
15 Noyabr 2018 11:35 SosialNoyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayır.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.
Tədris ilinin 5 günlük növbəti - qış tətili isə 27-31 yanvar tarixlərində olacaq.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31