Bu qadının dietası “ən fədakar və prinsipial” seçildi
15 Noyabr 2018 06:00 SosialKlar Alsop adlı qadın uşaqlarının xətrinə 70 kilo arıqlayıb.
O, bununla həyatında yeni bir səhifə açıb. İngiltərənin Rotherham şəhərində yaşayan 31 yaşlı qadın 2016-cı ilin yanvar ayında dietaya başlayıb. Bir il ərzində isə 134 kilodan 70-ə enməyi bacarıb. Qadını belə bir addım atmağa vadar edən səbəb isə iki uşağı olub. Kların dediyinə görə, 40 yaşına çatanda bundan daha ağır olacağını düşünüb: "Dedim, bəs onda mən onlarla ortaq heç nə edə bilməyəcəm axı? İndi uşaqlarımı uzaqdan seyr etmək əvəzinə onlarla hər cür oyunlar oynayır, gəzintilərə gedirəm".
Bu qadının arıqlama hekayəsi dünyadakı ən "prinsipal və fədakar ana" dietası olaraq tarixə düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31