Avropa alimləri: "Qəhvə şəkərli diabet riskini azaldır"

Gündəlik menyumuza daxil etdiyimiz qəhvənin daha bir faydası məlum olub. "Ölkə.az"  bildirir ki, "EurekAlert" portalında Avropa tədqiqat institutunun yeni araşdırmasının nəticələri dərc edilib. Məlum olub ki, qəhvə şəkərli diabet xəstəliyi riskini 25% azaldır.

Mütəxəssislər qəhvə və şəkər xəstəliyi arasındakı əlaqəyə aid tədqiqatların 30 faizini incələyiblər. Bu tədqiqatlar 1.18 milyon insanın sağlamlıq göstəricilərinə aiddir.

Alimlər məlum ediblər ki, gün ərzində 3-4 fincan qəhvə içən kişi və qadınlarda şəkərli diabet xəstəliyinin yaranma riski 25% azalır. Eyni zamanda kofeinli və kofeinsiz qəhvə bu məsələdə müsbət təsir göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31