21 gün enerji saxlayan YENİ TELEFON
15 Noyabr 2018 04:27 SosialFinlandiyanın "Nokia" brendi altında mobil qurğular istehsal edən "HMD Global" şirkəti yeni düyməli "Nokia 106"telefonunu təqdim edib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, "Nokia 106" istifadəçiləri bu qurğudan təqribən 16 saat danışıq, 21 gün isə gözləmə rejimində yararlana biləcəklər.
Qadcetin gövdəsi polikarbonatdan hazırlanıb. Qurğuda enerji yığmaq üçün micro-USB-portu da var.
İstehsalçıların sözlərinə görə, yeni məhsulun xüsusi dizaynı cızıqları daha az nəzərəçarpan edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31