Televerilişlərin və aparıcıların “Qara siyahısı” hazırlanıb

"Yaxın günlərdə televiziya və radiolarla bağlı son 6 ayın geniş hesabatı ictimaiyyətə açıqlanacaq. Hesabatda əsas məsələ radio və televiziyalarda yayımlanan, xüsusilə  cəmiyyətdə qınaq obyektinə çevrilən verilişlər və aparıcılarla bağlı da məsələlər öz əksini tapacaq. İctimaiyyətin narazılığına səbəb olan, əhalini qıcıqlandıran verilişlərin adı da hesabatda qeyd olunacaq. Təbii ki, bu məsələləri daim diqqətdə saxlayırıq". Bunu  Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Nuşirəvan Məhərrəmli bildirib ki, radio və televiziyalarda aşkarlanan nöqsanlarla bağlı irad hər zaman olub: "Dil normalarına riayət edilməsi bizim üçün çox vacibdir. Zaman-zaman ədəbi dil qaydalarının pozulması barədə iradlarımızı bildiririk. Deyərdim ki, bu məsələ hər birimiz üçün aktualdır. Hesab edirəm ki, yaxın vaxtlarda bu sahədə müəyyən dəyişikliklər olacaq. Bu adi məsələ deyil, bunlar kompleks həll olunmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31