“Vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsi'' başlığı altında tədbir keçirildi

Yeni Azərbaycan Patiyası Pirallahı rayon təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Pirallahı rayon şöbəsinin birgə təşkilatçılığı ilə "Vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsichr("39")chr("39")  başlığı altında tədbir keçirildi. Pirallahı qəsəbəsində yerləşən 168 saylı orta məktəbdə keçirilən tədbirdə şagirdlərin görüşünə Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev,  Qarabağ müharibəsi veteranları, şəhid ailələrinin və Pirallahı rayon Ağsaqqallar şurasının üzvləri gəlmişdilər.

Olaylar.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri, Qarabağ və Əfqanıstan müharibəsi veteranı Hikmət Şikarov qeyd etdi ki, olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunları zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, Qarabağ müharibəsi əlili Mübariz Xudaverdiyev və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Pirallahı rayon şöbəsinin sədri Aslan Əmrahovun çıxışları  zamanı bildirildi ki, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən biri də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. də vətənpərvərlik mövzusunda keçirilən tədbirlər böyük əhəmiyyət  kəsb edir.

Rəsmi hissənin sonunda bir qrup Qarabağ müharibəsi veteranı  "Milli Ordu - 100" və "Müharibə veteranı" medalları ilə təltif olundu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31