“Üçüncü uşağımız olmur, çünki…”

Model Ebru Şancı şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu Alpaslan Öztürklə evli olan model 2 övladının olduğunu deyib. Ebru bildirib ki, üçüncü övladının dünyaya gəlməsinə maneələr var:

"Həyat yoldaşım bütün gün oyun oynayır. Mənimlə maraqlanmır. Bu da xoşuma gəlmir. Bu gedişlə təbii ki, uşaq olmaz.

Bir neçə dəfə telefonunu alıb gizlətmişəm. Onda da mənim telefonumla oyun oynayır. Virtual dünya üçüncü uşağımızın dünyaya gəlməsinə mane olur".

Qeyd edık ki, cütlük 2015-ci ildə ailə qurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31