Gəncədə silah-sursat tapılıb

Gəncə şəhəri ərazisindən silah-sursat aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, DİN-in "102-Zəng Mərkəzi"nə müraciət edən Gəncə şəhər sakini S.Verdiyev yaşadığı Ə.Nəzmi küçəsindəki evin həyətində qazıntı işləri apararkən silah-sursat tapdığını bildirmişdir. Məlumatla əlaqədar dərhal Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür. Hadisə yerinə baxış zamanı 1 ədəd F-1, 1 ədəd RQ-42 və 1 ədəd DM-41 qumbarası, 2 ədəd UZRQM və 1 ədəd DM-41 markalı partladıcı, habelə 112 ədəd müxtəlif çaplı patron (paslanmış vəziyyətdə) tapılaraq ANAMA-nın əməkdaşlarına təhvil verilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31