Lənkəranda çılpaq ilbizlərlə mübarizə aparılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Lənkəran rayonu ərazisində çılpaq ilbizlərə qarşı fitosanitar müşahidələr və kimyəvi mübarizə tədbirləri davam etdirilir."Olaylar" xəbər verir ki, Lənkəran rayon Bitki Mühafizəsi Mərkəzinin  mütəxəssisləri cari ilin noyabr ayı ərzində Hirkan və İstisu qəsəbələrini, eləcə də Şıxəkərən və Separədi kəndlərini əhatə edən 150 hektar naringi və limon bağlarında fitosanitar müsahidə tədbirləri həyata keçiriblər. Müşahidələr zamanı 50 hektar sahədə sirayətlənmə müəyyən edilib və yerli mütəxəssislərin verdikləri tövsiyələr əsasında fermer təsərrüfat sahibləri tərəfindən 20 hektar sahədə metaldehit tərkibli pereparatdan istifadə edilməklə kimyəvi mübarizə tədbirləri aparılıb. Qeyd edək ki, bu zərərvericilər kənd təsərrüfatı bitkilərindən taxıl, tərəvəz-bostan, paxlalı, meyvə və qismən texniki bitkilərə zərər verir. İlbizlər növ tərkibindən asılı olaraq qış dövrünü sürfə, yetkin ilbiz və ya yumurta mərhələlərində keçirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31