Röya Ayxan arxiv şəklini paylaşdı, söz atdı : “Çox məyus oldum...”

Əməkdar artist Röya Ayxan sosial şəbəkədə arxiv fotosunu paylaşıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı keçmiş görüntüləri üçün ona tənqid yazanlara da söz atıb: "Bəzən kimsə "hardan-hara" deyir mənə. Gülümsəyib düşünürəm... Çox məyus oldum, sizin "haradan" hələ "haraya" çatmayıb.

Amma məqsəd və arzu sənin yaxın dostun olmalıdır. Özümüzü sevək xanımlar, çünki mən sevirəm Röyanı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31