Binəqədi qəsəbə bələdiyyəsindən daha bir sosial layihə

Binəqədi qəsəbə bələdiyyəsi növbəti dəfə sosial layihə həyata keçirib. "OLAYLAR"-a daxil olan məlumata görə, qəsəbə ərazisində yerləşən 179, 182 və 205 saylı məktəblərin şagirdləri tərəfindən yazılmış məktublar Binəqədi Qəsəbə Bələdiyyəsinin İctimai-Humanitar Sektorun təşkilatçılığı ilə Cocuq Mərcanlıdakı məktəblilərə, həmçinin orada yerləşən N saylı hərbi hissədə xidmət çəkən əsgərlərə göndərilib. Məktublarda şagirdlər həmyaşıdlarına, eyni zamanda səngərdə Azərbaycanın ərazi bütövlüyünü qoruyan əsgərlərə ürək sözlərini yazıb, onlara xoş sözlərini, fikirlərini ifadə ediblər. Məktublar artıq aidiyyatı üzrə ünvana çatıb və onlardan da cavab məktubları gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31