Qəbələdə dağdan yıxılan şəxsin meyiti tapılıb
12 Noyabr 2018 15:54 SosialQəbələdə dağdan yıxılan şəxsin meyiti tapılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 7-də Qəbələ rayonunun Bum qəsəbə sakinləri Sadiq Mehrəliyev, Cümşüd Kərimov, Elşad Sədirov və Taleh Yusifov ov məqsədilə qəsəbənin dağlıq meşə sahəsinə gediblər. Noyabrın 10-da saat 19 radələrində S.Mehrəliyev dağdan yıxılaraq Həmzəlli çayına düşüb və meyiti çayın sahilində tapılıb. Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən C.Kərimovdan "TOZ" markalı, E.Sədirovdan "BUM" markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31