"Azərbaycan dilinin qorunmasında dövlət siyasəti" mövzusunda silsilə tədbirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Olaylar.az bildirir ki, ölkə başçısının bu Fərmanı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Dilimiz - sərvətimizdir" layihəsinin daha geniş şəkildə həyata keçirilməsinə, dilimizi tədqiq edən alimlərin onu tədris edənlərlə mütəmadi görüşlərinin təşkilinə yeni təkan verib.

Fərmanının bölgələrdə şərhi ilə əlaqədar Bilik Fondunin təşkilatçılığı ilə Yevlax, Bərdə Tərtər və Kürdəmir rayonlarında Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyevanın, Fondun Ölkədaxili layihələr sektorunun baş məsləhətçisi, filologiya üzrə fəslsəfə doktoru Nüşabə Hüseynovanın və yerli orta məktəb müəllimlərinin iştirakı ilə "Azərbaycan dilinin qorunmasında dövlət siyasəti" mövzusunda "dəyirmi masa"lar keçirilib.

Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbiri Bilik Fondunun yerli nümayəndəsi, 5 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Zərxanım Əhmədova açaraq, dil məhfumunun xalqın və dövlətin həyatında müstəsna əhəmiyyətə malik olduğunu deyib.

Eyni mövzuda "dəyirmi masa" Kürdəmir rayon Heydər Əliyev Mərkəzində də təşkil olunub. Bilik Fondunun yerli nümayəndəsi, Kürdəmir rayon 1 nömrəli tam orta məktəbin direktoru Vüqar Nəsirov tədbiri açaraq, mövzunun aktuallığından bəhs edib. S.Əliyeva və N.Hüseynovanın "Azərbaycan dilinin qorunmasında dövlət siyasəti" mövzusunda çıxışlarından sonra Mərkəzin direktoru Dürriyə Seyidova yerli müəllimlərin, ziyalıların bu istiqamətdə fəaliyyətindən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31