Cəbhə xəttində bayram tədbiri keçirilib
12 Noyabr 2018 13:34 SosialAğdam rayonu İcra Hakimiyyəti, Hərbi Birlik vəTərxiş Olunmuş Hərbiçilərin Cəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən cəbhə xəttində bayram tədbiri təşkil olunub. İctimai Birliyin sədri Emin Həsənli "OLAYLAR"-a bildirib ki, bayram tədbiri Ağdam rayonu Quzanlı qəsəbəsində keçirilib. Dövlət Bayraq Gününə həsr olunmuş bayram tədbirində Rayon İcra Hakimiyyətinin rəsmiləri, İctimai Birliyin rəhbərliyi, eləcə də rayon ictimaiyyəti iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31