Gənclər təşkilatlarının V Respublika sərgisi keçiriləcək

Noyabrın 13-də Bakı Kristal Zalının Media Mərkəzində   Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 100-dən çox gənclər təşkilatlarının V Respublika sərgisi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, sərgi ziyarətçiləri müasir gənclərin həyatında yer alan yeni layihə və istiqamətlər haqqında məlumat toplaya biləcəklər.   

Sərgi çərçivəsində müxtəlif mövzular üzrə gənclər üçün  təlimlər və maarifləndirici tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Gənclər təşkilatları ilə yanaşı gənclər evlərinin də sərgidə  iştirakı nəzərdə tutulub.

Gənclər və idman naziri Azad Rəhimov, PA rəsmiləri, Milli Məclisin komitə sədrləri, deputatlar, nazirlər və rəsmilər də sərgidə iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31