Sən "mənfi enerji" mənbəyisən
12 Noyabr 2018 05:38 Sosialİş yerində heç kim səni sevmir. Bu hal ya müdirinin səninlə yaxın olduğu və tərifləndiyin, ya da kiminləsə dalaşıb, xəbərçilik etdiyin vaxt baş verir. İşdəki ab-havada hamı səni günahlandırır. İş yoldaşların səni "mənfi enerji" mənbəyi kimi qiymətləndirir.
Axşam.az bildirir ki, bu hal bir çoxlarının həyatında tez-tez rast gəldikləri xoşagəlməzlikdir.
Bu uğursuzluğun ilk olaraq öz mənfi emosiyalarından və özünəinamsızlıqdan irəli gəlir. Yaxşı olar ki...
- Müdirinin səni təriflədiyini iş yoldaşlarının yanında danışma. Və müdirindən xahiş et ki, onların yanında sənin işindən razı olduğunu deməsin. Hətta mümkünsə, arada səni danlasın da.
- Bu təriflərin səni dəyişdirmədiyini, buna əhəmiyyət vermədiyini onlara de.
- Çalış, kimsə söhbət edərkən, özünü onlara qulaq asmayan göstər. Qoy, səni xəbərçi hesab etməsinlər.
- İş stolunun üstünə əsgər və ya əjdaha fiquru qoy. O, səni mübarizələrdən, başqalarının pis nəzərindən qoruyacaq.
- Siyirmədə üzərinə gözmuncuğu yapışdırılmış maqnit parçası gizlət.