"Bilirdim ki, Amaliya xəstədir" - Firəngiz Mütəllimova

"Bilirdim ki, Amaliya Pənahova xəstədir. Amma belə gedəcəyinə inanmırdım".

Axşam.az  bildirir ki, bu sözləri xalq artisti Firəngiz Mütəllimova ötən gün dünyasını dəyişən Amaliya Pənahovanın vida mərasimində deyib. Media nümayəndələrinə açıqlama verən aktrisa bunları söyləyib:

"Hamı onun sənətdəki nailiyyətlərindən xəbərdardır. Çox fədakar aktrisa olub. Oynadığı tamaşaların sayı-hesabı yoxdur.

Onun belə gedəcəyini gözləmirdim. Həyatı çox sevirdi. İndi teatrı bu qədər sevən insanlar az qalıblar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31