Sabah paytaxt monitorlarında bu video yayımlanacaq - Video
8 Noyabr 2018 18:01 SosialDənizkənarı Bulvar İdarəsi 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə videoçarx hazırlayıb.
Qurumdan bildirilib ki, layihənin reallaşdırılmasında məqsəd gənc nəsildə bayrağa sevginin və hörmətin aşılanmasıdır. Videoçarx Azərbaycan Televiziyası, İctimai Televiziya və digər media orqanlarında nümayiş olunacaq. Sözügedən çarx noyabrın 9-da kinoteatrlarda və paytaxtın müxtəlif nöqtələrində yerləşən monitorlarda da yayımlanacaq.
Qeyd edək ki, layihənin çəkilişi Bakı Media Mərkəzi tərəfindən həyata keçirilib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31