Qayıqla dənizə çıxan 2 balıqçı təhlükə ilə üzləşib
8 Noyabr 2018 14:50 SosialNoyabrın 8-də saat 12:44 radələrində Novxanı qəsəbəsində taxta qayıqla dənizə çıxan 2 balıqçı təhlükə ilə üzləşib. "olaylar" xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzindən məlumat verilib. Bildirilib ki, sahildən 10 km məsafədə qayığın hərəkət vericisi xarab olduğundan su axını balıqçılar olan qayığı açıq dənizə doğru aparıb. Milli Mərkəz tərəfindən dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Bakinskaya - 3" gəmisi kömək üçün hadisə yerinə yönəldilib. Hazırda Milli Mərkəz tərəfindən xilasetmə əməliyyatlarının koordinasiyası həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31