Aİİ-də Tələbə Gənclər Təşkilatı yaradılıb

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ)Tələbə Gənclər Təşkilatının  yaradılması ilə bağlı iclas keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə,  iclasda Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov, Azərbaycan TələbəGənclər Təşkilatları İttifaqının (ATGTİ)Tələbə Gənclər Təşkilatları(TGT) iləİş departamentinin direktoru Ləman Cavadova və İnstitutun tələbələri iştirak ediblər.

Tələbə Gənclər  Təşkilatları ilə İş departamentinin direktoru Ləman Cavadova çıxış edərək, təşkilat üzvlərinin və sədrin seçilməsi ilə bağlı qaydaları izah edib. Sonra İnstitutun Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə mövcud olan 9 qrupunhər birindən bir nəfər olmaqla,Aİİ Tələbə Gənclər Təşkilatının sədri vəzifəsinə namizəd seçilmiş tələbələr tanıtım slaydı və platforma ilə təqdimat ediblər. Beşnəfərlik Təftiş Komissiyası müəyyənləşdikdən sonra, irəli sürülmüş namizədlər arasından açıq səsvermə yolu ilə Dinşünaslıq ixtisasından III kurs tələbəsi Bəhmən ƏsədliAİİ Tələbə Gənclər Təşkilatının sədri seçilib.

Sonda dekan Mirniyaz Mürsəlov çıxış edərək, Aİİ TələbəGənclər Təşkilatı üzvlərinin və sədrin üzərinə düşən vəzifə məsuliyyətini xatırladıb, onların təhsil və tədrisdə, İnstitutun ictimai həyatında daha fəal olmalarının, digər tələbələrə nümunəvi davranışlarla örnək göstərmələrinin vacibliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31