Keçən ay Miqrasiya Xidmətinə 7906 zəng daxil olub

Keçən ay Dövlət Miqrasiya Xidmətinin 919 çağrı mərkəzinə daxil olan zənglərin statistikası açıqlanıb. Xidmətdən "OLAYLAR"-a bildirilib ki, ay ərzində quruma daxil olan zənglərin ümumi sayı 7906 ədəd təşkil edib. Bunlardan  Azərbaycan dilində 7087 olub. Zənglərin 738-i rus, 81-i ingilis dilində olub.  Ümumi zəng sifarişi 62 ədəd olub.

Zəng sifarışləri ilə əks əlaqə yaradılmış və qanunvericiliyə müvafiq qaydada suallar cavablandırılıb. Daxil olan zənglərin 593-ü daimi yaşama icazəsi, 2103-ü müvəqqəti yaşama icazəsi, 441-i iş icazələri, 764-ü vətəndaşlıq məsələləri, 419-u inzibatı xəta, 647-i olduğu yer üzrə qeydiyyatla bağlı olub. Digər məsələlər ilə bağlı zənglər isə 2939 ədəd təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31