“Dilimizin qorunması ölkəmiz üçün vacib məsələdir" MÖVQE
7 Noyabr 2018 11:55 Sosial"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdam rayonuna səfəri zamanı Azərbaycan dilinin qorunub saxlanması məsələsinə də toxundu". Bunu millət vəkili Azər Badamov deyib.
"Bu çox vacib bir məsələ idi. Çünki dilin xarici təsirlərdən qorunması və öz dil mənsubiyyətinin qorunub saxlanılması istiqamətində tədbirlərin görülməsi vacibliyi qeyd olundu. Yəni dil ölkənin, millətin bir ünsiyyət vasitəsidir və dili bilməyi, qorunub saxlanması bu gün ölkəmiz üçün vacib bir məsələdir. Düşünürəm ki, bu istiqamətdə cənab Prezidentin söylədiyi fikirlərin böyük əhəmiyyəti var", - deyə, A.Badamov deyib.
O əlavə edib ki, Prezidentin Azərbaycan dilinin qorunub saxlanması ilə bağlı dediyi sözlərindən sonra məsələ öz həllini tapacaq: "Dövlət başçısının verdiyi hər bir tapşırıq yüksək səviyyədə icra olunur. Bu gün dilimizin daha da möhkəmlənməsi və qorunub saxlanması istiqamətində dövlət lazımı tədbirlər görəcək".
sia