İki universitet arasında əməkdaşlıq müqaviləsi imzalandı

Azərbaycan Dillər Universiteti ilə Bakı Mühəndislik Universiteti arasında elm və təhsil sahələrində əməkdaşlığa dair çərçivə sazişi və elmi-texniki əməkdaşlıq protokolu imzalanıb.

ADU-nun rektoru, akademik Kamal Abdulla Bakı Mühəndislik Universitetinin nümayəndə heyətini universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor vurğulayıb ki, Azərbaycan universitetlərinin bir-biri ilə əlaqəsi son dərəcə vacib məsələdir. Bu baxımdan texniki universitetlə humanitar universitet arasında belə bir sazişin imzalanması faydalı bir aksiya kimi qiymətləndirilə bilər.

BMU-nun rektoru professor Havar Məmmədov dəvətə görə minnətdarlığını  bildirib. İki universitet arasında əməkdaşlığa dair protokolun imzalanmasının əhəmiyyətindən danışan H.Məmmədov təşəbbüsə görə K.Abdullaya təşəkkürünü ünvanlayıb.

Digər çıxışçılar müqavilənin əhəmiyyətindən bəhs ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31