Aİİ tələbələrin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirir
6 Noyabr 2018 13:58 SosialAzərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin asudə vaxtının səmərəlitəşkili üçün müxtəlif tədbirlər silsiləsini davam etdirir. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, İnstitutda müxtəlif sosialyönümlü, maarifləndirici tədbirlərlə yanaşı, əyləncəliproqramların da təşkilinəbaşlanılıb. Bu məqsədlə, həftənin şənbə günləri saat 14:00-da Aİİ-nin konfrans zalında film nümayişlərinin təşkili nəzərdə tutulub.İlkin olaraq "Yaşamaq gözəldir" adlı film göstərilib, fasilədə kofe-breyk təşkil edilib, filmin nümayişindən sonra isə mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrindünyagörüşünün formalaşdırılmasına,intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə,vətənpərvərlik hisslərinin gücləndirilməsinə,mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanmasına, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.