Kaliforniyanın Monterey şəhəri Azərbaycan bayrağı ilə bəzədilib

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycanın Dövlət Bayrağının 100 illiyi qeyd edilib. Olaylar.az bildirir ki,Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü ilə Monterey şəhərinin mərkəzində yerləşən Alvarado küçəsi əvvəldən axıradək çoxlu sayda Azərbaycan bayraqları ilə bəzədilib. Bundan başqa, noyabrın 9-da Montereydə “Azərbaycanın Dövlət Bayrağı Günü” elan edilib. Bununla bağlı şəhər meri Klayd Roberson tərəfindən müvafiq bəyannamə imzalanıb.

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycanın Dövlət Bayrağının 100 illiyi qeyd edilib. Olaylar.az bildirir ki,Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü ilə Monterey şəhərinin mərkəzində yerləşən Alvarado küçəsi əvvəldən axıradək çoxlu sayda Azərbaycan bayraqları ilə bəzədilib. Bundan başqa,  noyabrın 9-da Montereydə "Azərbaycanın Dövlət Bayrağı Günü" elan edilib. Bununla bağlı şəhər meri Klayd Roberson tərəfindən müvafiq bəyannamə imzalanıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycanın 28 may 1918-ci il tarixində müstəqilliyini elan edərək, müsəlman dünyasında ilk dünyəvi vədemokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, müsəlman dünyasında ilk dəfə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. 
Bəyannamədə qeyd olunur ki, Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı olaraq qalmaqdadır və beynəlxalq səviyyədə müsəlman, xristian və yəhudilərin birgə sülh və harmoniya şəraitində yaşadığı uğurlu ölkə modeli kimi tanınır.
Qeyd edək ki, Monterey şəhərinin 2011-ci ildə Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşdığı qeyd olunur. Bəyannamənin sonunda mer K.Roberson şəhər şurası və şəhər əhalisi adından 9 noyabr tarixini Monterey şəhərində "Azərbaycanın Dövlət Bayrağı Günü" elan edir və bütün şəhər sakinlərini bu bayramı qeyd etməyə dəvət edir.

Monterey şəhərinin Azərbaycan bayraqları ilə bəzədilməsini əks etdirən qısa videoya bu linkdə baxmaq olar: 

https://youtu.be/wqTCzA8yDfc

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31