Aygünün şəkillərdə özünü fotoşopla arıqlatdığı ortaya çıxdı
6 Noyabr 2018 10:46 SosialMüğənni Aygün Mahmudova son günlər xeyli çəki atması ilə gündəmə gəlib.
Olaylar.az Axşam.az-dan aldığı məlumatına görə, sənətçi özü də dietoloq məsləhəti ilə artıq çəkidən xilas olmağa çalışdığını bildirib. Dəfələrlə fotolarını İnstaqramda yayımlayan Aygün izləyicilərinin heyrətli suallarına "sağlam qidalanma" cavabını verib.Bir neçə gün əvvəl isə sənətçi türkiyəli müğənni Ebru Gündeşlə eyni səhnəni bölüşüb. Konsert zamanı Aygün fotokameralar tərəfindən görüntülənib. Onun heç bir çəki atmadığı diqqətdən qaçmayıb.
Amma ifaçının özünün eyni gün konsertdən yayımladığı foto yenə də söz-söhbətə səbəb olub. Aygün şəkildə realdakından qat-qat arıq görünüb. Beləcə, ifaçının fotolarını proqramla düzəltdiyi, özünü fotoşopla arıqlatdığı ortaya çıxıb.
.jpg)
.jpg)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31