Ailədə biri öləndə, onda olan neqativ enerji digər ailə üzvünə keçir və intihar baş verir...

"Ölənlə ölməzlər" deyib atalarımız.  Lakin, gələn xəbərlərdən məlum olur ki, son vaxtlar insanlar bu məsələ əməl etməyərək, ölənin ardıyca özlərini öldürməyə çalışırlar. Sumqayıtda baş verən bu günkü intihar hadisəsi də bu qəbildəndir. Belə ki, Sumqayıt sakini 16 yaşlı Fatimə, bir il qabaq rəhmətə gedən  atasının ayrılığına dözə bilməyərək, intihar edib. 

Sual yaranır: bəşər yaranandan ölüm də var, ayrılıq da. Əvvəllər insanlar bu cür hadisələri təbii qarşılayırdılarsa, indi niyə dözə bilmirlər? Əməkdaşımız bu sualla, tanınmış psixoterapevt, elmi-lədun bilicisi Paşa Yaquba müraciət edib. Həkimin cavabını Moderator.az-ın oxucularına təqdim edirik:

- Psixoloji araşdırmalarımız göstərir ki, ailədə bir nəfər dünyasını dəyişəndən sonra, həmin ailənin digər bir üzvü - hansı ki, dünyasın dəyişənə daha yaxın idi - psixoloji  sarsıntı keçirir.  İllər keçdikcə, həmin adam sağalmaz xəstəliyə də tutula bilir. Bu, əvvəlcə özünü qorxu, stress kimi, biruzə verir. Daha sonra isə, depressiyanın əlamətləri görünməyə başlayır: insan daxilən sıxılır, tez-tez xəstələnir və ilk baxışda adi görünən xəstəlik, həmin şəxsdə sağalmaz hala gəlir. 

- Bu niyə belə olur? 

- Bu o vaxt baş verir ki, ailədə dünyasını dəyişən şəxsin xəstəliyi neqativ enerjidən yaranır. Bildiyimiz kimi, bu səbəbdən yaranmış xəstəliklər  kimyəvi dərmanlarla sağalmırlar və ölənədək bu enerjinin yaratdığı fəsadlardan (xəstəliklərdən) əziyyət çəkirlər. Fizikanın qanununa görə, enerji yox olmur, birindən digərinə ötürülür. Belə şəxslər də öldükdən sonra, onları sıxan neqativ enerji ailədən ona ən yaxın olan adama keçir. Bundan sonra bütün ağırlıq mərkəzi həmin şəxsin üzərinə  düşür. Beləliklə, həmin şəxs müxtəlif xəstəliklərdən və sıxıntıdan əziyyət çəkməyə başlayır. Bəziləri dözür, bəziləri isə, sıxıntıya tab gətirməyərək, 16 yaşlı Fatimə kimi, intihara əl atırlar... 

- Bəs bunun qarşısını necə almaq olar?

- Belə şəxslər bizə müraciət edəndə biz onları neqativ enerjidən təmizləyirik. Bundan sonra həmin enerji bird aha ailədə davam etmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31