"Azərbaycan dilinin qorunması istiqamətində Komissiya yaradılsın "

“Prezident İlham Əliyev Azərbaycan dilinin sağflığı ilə bağlı bir neçə il bundan öncə də sərəncam imzalamışdı. Görünür bu bəs etməyib və ölkə başçısı bununla bağlı növbəti sənəd imzalayıb. Təbii ki, dilimizin qorunması çox mühüm məsələdir”. Bu fikirləri “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

"Prezident İlham Əliyev Azərbaycan dilinin sağflığı ilə bağlı bir neçə il bundan öncə də sərəncam imzalamışdı. Görünür bu bəs etməyib və ölkə başçısı bununla bağlı növbəti sənəd imzalayıb. Təbii ki, dilimizin qorunması çox mühüm məsələdir".

Bu fikirləri  "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

Baş redaktor bildirib ki, son zamanlar mətbuatda, kütləvi informasiya vasitələrində dilin korlanmasına şərait yaradılır: "Film çəkiləndə əcnəbi sözlərdən istifadə, reklamlarda dilimizin saflığının pozulması kimi hallara daha çox rast gəlinir. Bu baxımdan dövlət başçısı tərəfindən "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanın imzalanması çox mühüm əhəmiyyət kəsb edir".

Y.Oğuz söyləyib ki, dövlət dilimiz Azərbaycan dili olduğu üçün onun qorunması dövlət səviyyəsində olmalıdır: "Bu sərəncam millətin təzahür, ifadə forması olmaqla yanaşı, dövlətin rəsmi dili ilə bağlı olduğu üçün belə addımlar alqışlanmalıdır".

Azərbaycan dilinin qorunması istiqamətində Komissiya yaradılması ilə təklif irəli sürən baş redaktor qeyd edib ki, ölkəmizdə lüğətlə bağlı Dil Komissiyası fəaliyyət göstərsə də, amma dilimizin şəffaflığının qorunması istiqamətində daimi fəaliyyətdə olan quruma ehtiyac var: "Daimi işlək komissiya reklam, mətbuat, filmlərdə işlənən sözlərin qorunması ilə məşğul ola bilər. Əgər belə komissiya yaradılsa, o zaman bura dili gözəl bilən, ziyalılar, mətbuat işçiləri, eləcə də dilimizin qorunmasında maraqlı olan şəxslər cəlb oluna bilər".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31