Dövlətimiz insan alveri cinayətinə qarşı kəskin mübarizə aparır

Ramiz Alıyev: "İnsanlarımız bir çox saytlarda yazılan xəbərlərdən elə başa düşür ki, ölkəmizdə insan alveri baş alıb gedir, ancaq əslində tam əksinədir"

Günümüzdə narkomaniya, AİDS, qadın zorakılığı, eləcə də bu kimi problemlərlə yanaşı insan alveri problemi də mövcuddur ki, sözügedən problemdən bir qayda olaraq dünya ölkələri kimi Azərbayvan da müəyyən mənada əziyyət çəkir. Düzdür, Azərbaycanda bu problem bir sıra ölkələrdən fərqli olaraq acınacaqlı vəziyyətdə deyil. Ancaq onu da etiraf etmək lazımdır ki, belə bir problem ölkəmizdə də var. Bu da bir danılmaz faktdır ki, Azərbaycan dövləti digər problemlər kimi insan alverinə qarşı da qətiyyətli mübarizə aparır, bu istiqamətdə zəruri tədbirlər həyata keçirir. Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin möbvcudluğu, sözügedən idarənin müntəzəm olaraq keçirdiyi əməliyyatlar Azərbaycan dövlətinin bu məsələyə necə diqqətlə yanaşdığının göstəricisi sayıla bilər. Məlumat üçün qeyd edək ki, bu günlərdə bir neçə şuo biznes nümayəndəsi insan alverində şübhəli bilinərək həbs olunub. Baş verən hadisələrlə bağlı fikirlərini bölüşən  İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev deyib ki, insan alveri anlayışı ilə əxlaqsızlığa cəlbetmənin anlayışı fərqlidir: "Ona görə ki, insan alveri ağır cinayət növlərinə aiddir və 144-cü maddə ilə təsbit olunub, Cinayət Məcəlləsində, əxlaqsızlığa cəlbetmə isə 243-cü maddə ilə təsbit olunub. Yəni insanlarımız bir çox saytlarda yazılan xəbərlərdən elə başa düşür ki, ölkəmizdə insan alveri baş alıb gedir, ancaq əslində tam əksinədir. Çünki dövlətimiz bu cinayət növü ilə kəskin mübarizə aparır və hüquq mühafizə orqanları qətiyyət nümayiş elətdirir. Bunu bir çox beynəlxalq təşkilatlar ölkələlərin insan alverinə qarşı mübarizəsinə dair hesabatında qeyd edirlər və bizim dövlətimizin bu sahədə atdığı addımları təqdirəlayiq hesab edirlər. Hətta bir çox ölkələrə nümunə göstəririlir". Bəzi şou-biznes nümayəndələrinin həbsionə gəlincə isə Ramiz Alıyev deyib ki, kimlərinsə həbs olunmasına bu cür reaksiyanın olması doğru deyil: "Hesab edirəm ki, bu cür ajiotaja ehtiyac yoxdur, çünki bu cür həbslər məhkəmənin qərarı ilə olur və məhkəmənin də verdiyi qərarı biz müzakirə edə bilmərik. Onu deyə bilərəm ki, hər birimiz ilk öncə bir vətəndaşıq və heç bir vətəndaşımızın həbs olunmsını arzulamarıq və istəmərik. Hansı sahədə də kimlərin həbs olunması o demək deyil ki, bu həbslər o sahədə fəaliyyət göstərən insanların hamısına şamil olunur. Və yaxud o sahədə çalışanların hamısı pakdır, yalnız bu həbs olunanlar günahkar idilər. Bununla da o sahədə heç kim məsuliyyətə cəlb olunmayacaq. Bu cür desək əlbəttə doğru olmazdı. Bu cür həbslər hər il olur və yenə də olacağını düşünürəm. Ancaq əlbəttə biz arzulamarıq ki, kimlərsə hakim qarşısına çıxsın və həbs olunsun. Hər kəs bilməlidir ki, hüquq mühafizə orqanlarının işi hansısa sahəyə müharibə elan etmək yox, cəmiyyətimizin təhlükəsizliyini qorumaqdır ki, onu da bizim hüquq-mühafizə orqanları edirlər". Ölkədə bu sahədə ciddi işlərin görüldüyünü deyən Ramiz Alıyev qeyd edib ki, Cənab Prezident tərəfindən İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin olunub: "Cənab Prezidentin insan alverinə qarşı mübarizəyə dair təsdiqlədiyi tədbirlər planı və bu sahəyə aid vermiş olduğu fərmanlar Milli Koordinatorun rəhbərliyi və nəzarəti ilə həyata keçirilir. Hər il Daxili İşlər Nazirliyinin İnsan Alverəni Qarşı Mübarizə Baş İdarəsi Vətəndaş Cəmiyyətinin üzvləri ilə birlikdə demək olar ki, bütün regionlarda və təhsil ocaqlarında maarifləndirmə tədbirləri təşkil edir. Eyni zamanda Azerbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Vətəndaş Cəmiyyəti nümayəndələri hər il insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirləri təşkil edirlər. Demək olar ki, qonşu dövlətlərin heç birində insan alverinə qarşı mübarizə ilə bağlı bu cür tədbirlər təşkil olunmadığında dövlət orqanları maraqlı olmurlar. Bizdə isə qeyd etdiyim kimi dövlət orqanları özləri bu maarifləndirmə tədbirlərinə dəstək olurlar və təşkil edirlər. Ölkəmizdə fəaliyyət göstərən KİV-də də daima bu cinayət növü ilə bağlı çıxışlar olur və bu da insanlarımızı məlumatlandırmaq üçün böyük bir vasitədir. Sonda isə onu deyim ki, bütün cəmiyyət bu cinayətkarlıqla mübarizə aparmalıdır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31