Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək
Noyabrın 6-da Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Füzuli rayonunun Horadiz şəhərində “Bayraq yürüşü” keçirəcək. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyi yayıb.
5 Noyabr 2018 14:23 SosialNoyabrın 6-da Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Füzuli rayonunun Horadiz şəhərində "Bayraq yürüşü" keçirəcək. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyi yayıb.
Bildirilib ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, hərbçilər, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edəcəklər.